Azərbaycanın 21 yaşadək futbolçuları “Alanyaspor” komandasına qalib gəliblər
Futbol üzrə U-21 Azərbaycan milli komandası Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yanvarın 16-da yoldaşlıq oyunu keçirib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, “Alanyaspor” klubunun nəzdindəki U-21 komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb