"Azexport.az"a 71 ölkədən 444.6 milyon dollar dəyərində ixrac sifarişi daxil olub
"Azexport.az" portalına 11 ayda 71 ölkədən 444.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın 2017-ci ilin dekabr ayı üçün sayında qeyd edilib