Fransada qatar qəzası nəticəsində ölənlərin sayı 4-ə çatıb
Bu gün axşam saatlarında Fransanın cənubunda ağır dəmir yolu qəzası baş verib.
AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, şərqi Pireney departamentinin Mila şəhəri rayonunda qatar məktəbli avtobusu ilə toqquşub. Qəza nəticəsində azı dörd nəfər həlak olub, 24 nəfər yaralanıb. Yaralananlardan 21-i kollec tələbələridir