Kataloniya separatçıları Brüsseldə etiraz aksiyası keçirməyə hazırlaşırlar
Kataloniyanın müstəqilliyinin 20 minə yaxın tərəfdarı dekabrın 7-də Brüsseldə İspaniyada həbsdə olan liderlərinin azadlığa buraxılması üçün aksiya keçirməyə hazırlaşırlar.
Vəd olunub ki, aksiya sülh şəraitində keçiriləcək, əsas şüar isə “Oyan Avropa! Demokratiyanı bərqərar edək!” olacaq