Azərbaycanın ipək xəzinəsi ilə bağlı müzakirələr aparılacaq
Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiya keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, diskussiyada bədii tikmə üzrə aparıcı ekspertlər, müasir geyim dizaynerləri və “Art Loqos” sənətşünaslar klubunun üzvləri iştirak edəcəklər