Neftçalada tədarük olunan pambığın 3 min tona yaxını maşınlarla yığılıb
Neftçalanın pambıq tarlalarında məhsul yığımı sürətlə davam edir. Gün ərzində sahələrdən 38-40 tona yaxın məhsul toplanır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Neftçalada 11 min 111 hektar sahədə pambıq becərilib və bu günədək tarlalarından 8 min 360 tondan çox məhsul yığılıb