Putin Finlandiyaya gedir
Helsinki danışıqlarında beynəlxalq və ikitərəfli məsələlər müzakirə olunacaq. Bunu Finlandiya prezidentinin idarəsi bildirib.
Putin və Niinisto tez-tez görüşürlər. Putin Finlandiyaya ötən il baş çəkib. Ən son ikitərəfli görüş isə apreldə Sankt Peterburqda Arktika Forumu çərçivəsində baş tutub.
Birgə mətbuat konfransından sonra Niinisto Putinin şərəfinə nahar verəcək.
Finlandiya da qonşusu, AB-nin digər üzvü İsveç kimi 1994-cü ildən NATO ilə əməkdaşlıq edir, ancaq heç biri ona üzv deyil.
Finlandiya hazırda AB-nin prezidentidir.