Sumqayıtda yol qəzasında onlarla şəxs xəsarət alıb
Onun əvvəlcə bir avtomobillə toqquşduğu və yaşayış binasına çırpılması nəticəsində xeyli insanın xəsarət aldığı, yaralılara təcili tibbi yardım xidməti göstərildiyi bildirilir.
Bəzi yerli saytların məlumatına görə, xəsarət alanlar 30 nəfər civarındadır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qəzada xəsarət alanlarla bağlı bunları deyiblər:
“6 nəfər reanimasiyaya yerləşdirilib. Yaralılardan biri əməliyyat otağına götürülüb. Onların arasında hamilə qadın da var. Ölən olmasa da, yaralılar arasında vəziyyəti ağır olanlar var”.
Ancaq qurumdan xəsarət alanlarla bağlı dəqiq say deməyiblər.
Hadisə ilə bağlı, hələlik, Baş Dövlət Yol Polis İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.