Добавить новость
World News





160*600

Новости сегодня на DirectAdvert

Новости сегодня от Adwile

Актуальные новости сегодня от ValueImpression.com


Опубликовать свою новость бесплатно - сейчас


Michelangelo-nun İstanbul səfəri

Sultan II Bəyazid heykəltəraş, rəssam və memar Michelangelo-dan Bosfor boğazında körpü tikməyi xahiş edibmiş.


Leonardo da Vinci daha öncə belə bir körpünün dizaynını təklif etsə də, layihənin icrası qeyri-mümkün hesab edilibmiş.


Bu ərəfədə də 31 yaşlı Michelangelo vətəndə papa II Yuli ilə münaqişə yaşayırmış. Florensiya rəhbərinin ona “türkün yanına gedib yaşamağa davam etməkdənsə, papanın yanında ölümü seçsən yaxşıdır” xəbərdarlığı etməsinə baxmayaraq, o, sultanın təklifi haqda ciddi düşünürdü. Ancaq onun bu təklifə cavab verməsi, yaxud İstanbula getməsi haqda heç bir məlumat yoxdur.


“The New Yorker” jurnalı yazır ki, yazıçı Mathias Énard “Onlara döyüşlər, krallar və fillərdən danış” (“Tell Them of Battles, Kings, and Elephants”) adlı romanını yazarkən Michelangelo-nun İstanbula getməsi haqda həmin o kiçicik ehtimaldan ilhamlanıb.


Michelangelo-nun “Adəmin yaradılışı” əsəri kimi bu romanın hekayəsi də reallaşdırılmamış toxunuşu xatırladır: Énard Michelangelo-nun Avropa sənəti tarixində bu qədər böyük yeri olan dühasını Osmanlı paytaxtına yayacağı halda nələrin ola biləcəyini təsəvvür edir.


SƏNƏTÇİLƏRİN HƏYATINI DƏRİNDƏN ÖYRƏNDİKCƏ...


Rəssamların bioqrafiyası bir çox yazıçıları cəlb edib. Derek Walcott-un “Tiepolonun iti” (Tiepolo’s Hound) poeması Camille Pissarronun uşaqlığını Karib hövzəsində keçirməsinin onun impressionist yaradıcılığına təsirindən söz açır.


Colm Tóibín-in “Ustad” (The Master) əsəri Henry James-in daxili aləminə həsr olunub. Ersi Sotiropoulos-un “Gecədən nə qalıb ki?” (What’s Left of the Night) kitabı gənc Constantine Cavafy-nin üç günlük Paris səfəri haqdadır. Yazıçı A. S. Byatt hesab edir ki, alimlər sənətçilərin həyatını daha dərindən öyrəndikcə, yazıçılar daha çox dəqiqliyə meyl edirlər.


Populyar fransız yazıçısı, keçmişdə Barselona Muxtar Universitetində ərəb dilindən dərs demiş Mathias Énard bəlkə də orientalist adlandırılmaq istəməzdi. Ancaq o, müəyyən şeyləri bu cərəyandan mənimsəyib. 1972-ci ildə Fransanın qərbindəki kiçik Niort şəhərində doğulan Énard ərəb və fars dillərini öyrənib, 20 yaşlarında çoxlu səyahət edib, 2000-ci ildə isə Barselonada yerləşib.







Onun öz nailiyyətləri müəyyən mənada eyni zamanda arxeoloq, müstəmləkə məmuru, Orta əsrlər poeziyası üzrə mütəxəssis və casus olan viktorian dövrü alimlərini xatırladır.


Énard müasir Fələstin və İraq ədəbiyyatına dair elmi məqalələr, bir şeir kitabı və çox sayda kiçik hekayə yazıb.


O bir müddət Barselonada Livan restoranı da işlədib. Fars, ispan və ərəb dillərindən tərcüməçilik edən Enard 19-cu əsr İran şairi Mirzâ Habib Esfahâni-nin erotik qəzəllərini, Robert Juan-Cantavella-nın eksperimental romanlarını, uşaqlıqda Livandakı vətəndaş müharibəsində əsgər olmuş Yussef Bazzinin gündəliyini çap etdirib. O, komiks kitabları və qrafik romanlar həvəskarıdır.


“İTİRİLMİŞ” TARİXİ DƏLİL


“Onlara döyüşlər, krallar və fillərdən danış” kitabında rəssamın yazışmalarından götürülmüş məktublar və eskizlər də var. Oxucuya elə gəlir ki, o, Michelangelo-nun fikirlərini oxuyur. Burada rəssamın sanki İstanbulda gördüyü və qeyd dəftərində detallı təsvir etdiyi ədviyyatlar, minerallar, boyalar və başqa nadir şeylərdən söz açılır. Bütün bunlar “itirilmiş” tarixi dəlil təəssüratı yaradır.







Énard’s Michelangelo-su papanın əlindən gettolar, inkvizisiya və kilsə özbaşınalığı ilə dolu Renessans Avropasından canını qurtarıb “osmanlılar, yunanlar, yəhudilər və latınlar arasında üzən” şəhərə pənah gətirir. Şəhərin sahibi şərab, poeziya, musiqini, həm qadınlar, həm də kişilərlə intim münasibətlərdə olmağı sevən zövq sahibi sultandır. Qızıl Buynuzda (Haliç) körpü tikmək bu kosmopolisi deşifrə etməyin sinoniminə çevrilir.


Michelangelo-nun İstanbuldakı bələdçisi böyük vəzirin katibi, şair Mesihidir. “Barbar, ya da şimallı qul kimi üfunət iyi verən” Michelangelo şairin sevdiyi “şirazlı oğlanlara” bənzəmir, ancaq buna baxmayaraq Mesihi bu qəribə əcnəbiyə bağlanır.


Onlar hər gün günortadan sonra şəhərin küçələrini gəzirlər, səs-küylü sahilə, sultanın cəbbəxanasına gedirlər, meydanda edama tamaşa edirlər. Mesihi bazardan Michelangelo-ya bir meymun alır. “Kafirlə” bu qədər asan dostlaşmasına heyrətlənən rəssam ona əvəzində özünün çəkdiyi fil şəklini bağışlayır.


Rəssam Aya Sofianın günbəzi altında bunları düşünür: “Bu məhəmmədilər nə qəribə varlıqlardır. Onların bu sadə məbədində peyğəmbərin bircə dənə də şəkli yoxdur”.


Leonardo da Vinci-nin sultan II Beyazidə məktubu 1952-ci ildə Osmanlı Dövlət Arxivində aşkar olunub. Onun layihəsi XVI əsrin imkanlarını çox qabaqlasa da, 2001-ci ildə Norveç rəssamı Vebjørn Sand onu kiçik taxta körpü şəklində reallaşdırıb. Körpünün başqa bir miniatür versiyası isə İstanbuldakı UNIQ muzeyində sərgilənməkdədir.


Загрузка...

Читайте на сайте

Другие проекты от 123ru.net








































Другие популярные новости дня сегодня


123ru.net — быстрее, чем Я..., самые свежие и актуальные новости Вашего города — каждый день, каждый час с ежеминутным обновлением! Мгновенная публикация на языке оригинала, без модерации и без купюр в разделе Пользователи сайта 123ru.net.

Как добавить свои новости в наши трансляции? Очень просто. Достаточно отправить заявку на наш электронный адрес mail@29ru.net с указанием адреса Вашей ленты новостей в формате RSS или подать заявку на включение Вашего сайта в наш каталог через форму. После модерации заявки в течении 24 часов Ваша лента новостей начнёт транслироваться в разделе Вашего города. Все новости в нашей ленте новостей отсортированы поминутно по времени публикации, которое указано напротив каждой новости справа также как и прямая ссылка на источник информации. Если у Вас есть интересные фото Вашего города или других населённых пунктов Вашего региона мы также готовы опубликовать их в разделе Вашего города в нашем каталоге региональных сайтов, который на сегодняшний день является самым большим региональным ресурсом, охватывающим все города не только России и Украины, но ещё и Белоруссии и Абхазии. Прислать фото можно здесь. Оперативно разместить свою новость в Вашем городе можно самостоятельно через форму.



Новости 24/7 Все города России




Загрузка...


Топ 10 новостей последнего часа






Персональные новости

123ru.net — ежедневник главных новостей Вашего города и Вашего региона. 123ru.net - новости в деталях, свежий, незамыленный образ событий дня, аналитика минувших событий, прогнозы на будущее и непредвзятый взгляд на настоящее, как всегда, оперативно, честно, без купюр и цензуры каждый час, семь дней в неделю, 24 часа в сутки. Ещё больше местных городских новостей Вашего города — на порталах News-Life.pro и News24.pro. Полная лента региональных новостей на этот час — здесь. Самые свежие и популярные публикации событий в России и в мире сегодня - в ТОП-100 и на сайте Russia24.pro. С 2017 года проект 123ru.net стал мультиязычным и расширил свою аудиторию в мировом пространстве. Теперь нас читает не только русскоязычная аудитория и жители бывшего СССР, но и весь современный мир. 123ru.net - мир новостей без границ и цензуры в режиме реального времени. Каждую минуту - 123 самые горячие новости из городов и регионов. С нами Вы никогда не пропустите главное. А самым главным во все века остаётся "время" - наше и Ваше (у каждого - оно своё). Время - бесценно! Берегите и цените время. Здесь и сейчас — знакомства на 123ru.net. . Разместить свою новость локально в любом городе (и даже, на любом языке мира) можно ежесекундно (совершенно бесплатно) с мгновенной публикацией (без цензуры и модерации) самостоятельно - здесь.



Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net