İraq baş nazirinin İrana səfəri təxirə salınıb
Avqustun 12-nə planlaşdırılan səfərin ertələnməsinin səbəbi kimi sanksiyalarla bağlı mübahisə göstərilməyib. Abadi-nin idarəsi bildirib ki, baş nazir avqustun 14-də Türkiyəyə gedəcək, amma İrana səfər “qrafikin dolu olması səbəbindən” ertələnib.
İran hökumətinin adının çəkilməsini istəməyən rəsmisi “Associated Press” agentliyinə deyib ki, Abadi-nin səfərini Tehran təxirə salıb.
İran hökumətinin sözçüsü Saad al-Hadithi şərh verməkdən imtina edib.
1988-ci ildə səkkiz illik müharibəyə son vermiş İranla İraq 2003-cü ildə İraq lideri Saddam Hussein devriləndən münasibətləri düzəltməyə başlayıb.
Şiələrin rəhbərlik etdiyi İran İraqın siyasi işlərində böyük rol oynayır, bu ölkədəki şiə qruplaşmalarına sponsorluq edir.