Poroshenko Yanukovych-in məhkəməsində ifadə verəcək
Rusiyapərəst Yanukovych dörd il öncəki Avromaydan etirazlarının sonunda Rusiyaya qaçıb.
Avromaydan hərəkatı 2013-cü ilin noyabrında başlanıb, etirazçılar Kiyevin mərkəzinə toplaşıb. Səbəb Yanukovych-in Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasını ertələdiyini, Rusiyayla daha sıx iqtisadi əlaqələrlə bağlı planlarını açıqlamasıydı.
Ukraynada müstəntiqlər etirazlarda 104 nəfərin öldürüldüyünü, 2 min 500 nəfərin yaralandığını deyir.
Moskva isə Avromaydan hərəkatına həmin ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etməklə reaksiya verdi. Ölkənin şərqində qızışdırılan separatçılıq indiyədək 10 min nəfərin həyatına son qoyub, 1,6 milyondan çox ukraynalı evindən didərgin düşüb.