Uber sürücülərlə əlaqə saxlamaq üçün xüsusi messencer sınaqdan keçirir
Yeni funksiyanın köməyi ilə müştərilər sürücülərlə əlaqə saxlayaraq ünvanı daha aydın şəkildə bildirə biləcəklər. Uber-in tətbiqində xüsusi messencer mövcud olacaq. Bu çat vasitəsilə istifadəçinin sürücüyə öz yerləşmə ünvanını daha dəqiq bildirmək imkanı olacaq. Qeyd edilir ki, yeni funksiya pulsuz olacaq.