"Barselona" "Real Sosyedad"ı minimal hesabla məğlub edib
Futbol üzrə İspaniya çempionatının sonuncu turunun yekun oyununda "Barselona" doğma meydanda "Real Sosyedad" klubunu qəbul edib. AZƏRTAC xəbər verir ki, "Nou Kamp" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb