Microsoft Copilot-un ödənişli versiyası demək olar ki, maraq doğurmur
Microsoft investorlar üçün keçirilən son konfransda özünün İİ-servisi Copilot-un abunəçi sayında rekord artım qeydə alındığını açıqlayıb. Lakin ixtisaslaşmış media mövzunu daha dərindən araşdırdıqda, ödənişli versiyanın əslində “kütləvi məhsul” statusundan çox uzaq olduğu üzə çıxıb.
The Register-in məlumatına görə, şirkət son maliyyə hesabatında Copilot üçün 15 milyon pullu abunə olduğunu bildirib. Bu göstərici illik müqayisədə 160% artım kimi təqdim olunub. Microsoft Copilot-un rəhbəri Satya Nadella isə servisin istifadəçilər üçün “gündəlik vərdişə çevrildiyini” vurğulayıb.
Lakin rəqəmlərə diqqətlə baxdıqda mənzərə fərqli görünür: Microsoft 365 ekosistemində Copilot funksiyalarına ödənişsiz çıxışı olan 450 milyon istifadəçi fonunda pullu abunəçilərin payı cəmi 3,3% təşkil edir. Bu da göstərir ki, istifadəçilərin böyük əksəriyyəti hələlik pul ödəməyə hazır deyil. Üstəlik, təkcə son maliyyə rübündə Microsoft süni intellekt texnologiyalarının inkişafına 37,5 milyard dollar sərmayə yatırıb.
Microsoft 365 Copilot xidməti 2023-cü ilin sonunda istifadəyə verilib. Servis Word, Outlook, Teams, Excel və PowerPoint kimi tətbiqlərə inteqrasiya olunaraq məhsuldarlığı artırmaq məqsədi daşıyır. Abunə haqqı regiondan asılı olaraq orta hesabla ayda 30 dollar təşkil edir.
The post Microsoft Copilot-un ödənişli versiyası demək olar ki, maraq doğurmur appeared first on InfoCity.