Google robototexnika üçün yeni süni intellekt (AI) təqdim etdi
Google, Gemini 2.0 modeli əsasında robototexnika üçün iki yeni süni intellekt (AI) sistemini təqdim etdi. Bu yeni inkişaflar robotların sənaye və logistika sahələrində daha sürətli tətbiq olunmasına kömək edəcək və onları ətraf mühitə daha uyğunlaşdıracaq.
Şirkət artıq Gemini Robotics-i öz robotlaşdırılmış ALOHA 2 platformasında sınaqdan keçirib, lakin bu texnologiya digər sistemlərə, məsələn, Apptronik-in insanabənzər Apollo robotuna da uyğunlaşa bilər. Yaxınlarda Apptronik $350 milyon investisiya cəlb edib, bu vəsaitlə öz AI idarə olunan robotlarının istehsalını genişləndirməyi planlaşdırır və Google da bu sərmayə turunda iştirak edib.
The post Google robototexnika üçün yeni süni intellekt (AI) təqdim etdi appeared first on InfoCity.