Yeni OPPO F17 Pro smartfonun təqdimatı gözlənilir
OPPO bu gün Twitter-də yeni F seriyalı smartfon üçün bir teaser yerləşdirdi. Bu o deməkdir ki, yeni OPPO F17 Pro smartfonunun təqdimatı gözlənilir. Şirkət bu smartfonu «2020-ci ilin ən parlaq telefonu» kimi təqdim edir. Ayrıca, teaser bizə OPPO F17 Pro-nun çəkisini və qalınlığını — müvafiq olaraq 164 qram və 7.48 mm-i göstərir.
Qiymətə görə 340 dollardan az olacağı qeyd olunur. Şayiələrə görə, smartfonun satışa çıxarılması sentyabr ayından əvvəl gözlənilməməlidir.
Hələlik ətraflı xüsusiyyətlər açıqlanmayıb. Yalnız F17 Pro dörd sensorlu bir kvadrat şəkilli kamera modulu alacağını söyləyə bilərik.
The post Yeni OPPO F17 Pro smartfonun təqdimatı gözlənilir appeared first on InfoCity.