Muğlanın Köyceğiz rayonunda beş kəndin əhalisi təxliyə olunub
Avqustun 4-də Muğla vilayətinin Köyceğiz rayonundakı meşə yanğınlarının şiddətlənməsi beş kəndin əhalisinin təxliyəsinə səbəb olub.
AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbiri xəbər verir ki, rayonun Çayhısar, Sazak, Pınar, Zeytinalanı və Bəyabbası kəndlərinin əhalisi təhlükəsizlik məqsədilə tam şəkildə köçürülüb