Eden Hazard: Ümid edirəm bu, yaxşı şeylərin başlanğıcıdır
ONBİR Real Madrid`in rəsmi saytına istinadən Eden Hazard`ın debüt oyunu ilə əlaqədar olan müsahibəsini sizlərə təqdim edir:
“Əgər zədədən geri dönürsənsə, öz ritmini tapmaq bir az çətindir və buna görə zamana ehtiyacın var. Bu gün bizim üçün əsas olan qələbə qazanmaq idi və bunu əldə etməyi bacardıq. Ardıcıl iki heç-heçədən sonra özgüvən əldə etmək üçün qələbə mütləq idi.
Ümid edirəm bu, yaxşı şeylərin başlanğıcıdır. Futboldan zövq alaraq davamlı olaraq oynamaq istəyirəm. Santiago Bernabeu xüsusi stadiondur və azarkeşlər də hər zaman bizimlədirlər. Bu gün Real Madrid forması ilə ilk rəsmi oyunuma çıxdığım üçün çox xoşbəxtəm.”