Zarif yəhudiləri təbrik edib
İranın xarici işlər naziri Mohammad Javad Zarif İrandakı və dünyadakı yəhudiləri Yeni İl bayramı münasibətilə təbrik edib. Bu, İranla İsrail arasında gərginliyin artdığı bir dönəmə təsadüf edir.
“Gün ayla əvəzləndiyi bir məqamda bütün yəhudi həmkarlarıma və dünyadakı yəhudilərə sülh və harmoniyayla dolu Yeni İl arzulayıram. Rosh Hashanah bayramınız mübarək”, – Zarif sentyabrın 9-da tvitində yazıb.
Müsəlman İranı İsrail dövlətini tanımır, illər boyu yəhudi dövlətini məhv etməklə hədələyib. İran prezidenti Hassan Rohani sentyabrın 8-də ABŞ və İsraili İranın əsas düşmənləri adlandırıb.
İsrail də Suriyada “İranın istənilən hərbi iştirakını məhv etməyə” and içib. Tehran Suriyada prezident Bashar al-Assadı dəstəkləyir.
İranda ta qədim zamanlardan yəhudi icması yaşayır. Amma 1979-cu il islam inqilabından öncə onların sayının 85 min olmasına baxmayaraq, hazırda 10 minə düşüblər.
Yəhudilər əsasən Tehranda, İsfahan və Şirazda yaşayırlar.
Yəhudi icması parlamentdə bir üzvlə təmsil olunur.
İran yəhudilərinin çoxu onlara qanunla bərabər davranılmamasından şikayətlənir.
Zarif və Rohani daha öncə də oxşar təbriklər edib, İrandakı yəhudi icması üzvlərinin bayram şənliklərindən fotolar paylaşıblar.