Qurban Qurbanov: Allah ordumuzu qorusun
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının VI turunda Qəbələ`ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında açıqlamalar verib.
ONBİR təcrübəli mütəxəssisin açıqlamalarını təqdim edir:
“Öncə hamını təbrik edirəm. Torpaqlarımız qayıtmağa başlayır. Füzulinin alınması çətin uğur oldu. Əsgərlərimiz çox əziyyət çəkdilər. Allah ordumuzu qorusun. Gəncədəki hadisə hamıya məlumdur. Allah ölənlərə rəhmət eləsin. Hamımız üzülürük.
Qalib gəldik. Ölkədəki duruma baxmayaraq komanda olaraq üzərimizə düşəni etməyə çalışırıq. Ölkəmizi layiqli təmsil etmək istəyirik. Oktyabrın 22-də oyuna hazırlaşırıq. Çətin qələbə qazandıq. Matçdan əvvəl futbolçulara bildirmişdim ki, Qəbələ elə-belə komanda deyil. Bu gün 2-ci məğlubiyyətini aldı. Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik.
Avrokuboklarda 5 əvəzetmə olacaq. Bu, bizim üçün üstünlükdür. Yüklənmə çox olduğundan futbolçularımız tez-tez zədələnirlər. Amma açığı, gənclərimizə çox güvənirəm. Qarşıdakı matçlarda onlardan daha çox istifadə edə bilərik. İlin əvvəlindən gəncləri əsas komandaya cəlb etmək fikrim var idi. Pandemiya hamıya olduğu kimi, bizə də təsir etdi. Düşünürəm ki, yaxşı olacaq. Mən problem olduğu anda onu yoluna qoymağı xoşlayıram”.
(Qol.az)
The post Qurban Qurbanov: Allah ordumuzu qorusun appeared first on ONBİR.