Callejon İspaniyaya qayıdır
Real Madrid`in eks-futbolçusu, hal-hazırda Napoli`də çıxış edən Jose Callejon öz karyerasını doğma ölkəsində davam etdirməyə qərar verib.
ONBİR Football İtalia`ya istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi bitəcək Callejon artıq Valencia ilə böyük ölçüdə razılığa gəlib. Xatırladaq ki, 33 yaşlı oyunçu ilə digər bir İspan klubu Sevilla da yaxından maraqlanırdı.
2013-cü ildən Neapol klubunun şərəfini qoruyan Jose Callejon klubun heyətində ümumilikdə 336 oyunda meydana çıxıb. O, bu görüşlərdə 80 qol və 77 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.