Grealish yoxsa Sancho?
Ole Gunnar Solskjaer`in transfer pəncərəsi açılar-açılmaz heyətini daha da gücləndirmək istəməsi bütün dünya mediasına məlumdur. Norveçli baş məşqçisi mövsüm əvvəlində çəkdikəri çətinliklərdən sonra nəhayət oyun qurucu mövqeyinə transfer edib. Bu transfer isə portuqaliyalı Bruno Fernandes idi. İndi isə Manchester United`in adı ingilis gənc ulduzlarla hallanır.
İlk əvvəl James Maddison ilə Aston Villa`nın kapitanı Jack Grealish ikilisindən birinin United`ə keçidi gözlənsə də hələ ki bu transferlər yaya qədər gözləməlidir.
ONBİR Mirror`a istinadən xəbər verir ki, Manchester United`in əsas siyahısında yer alan Jadon Sancho,Jack Grealish və James Maddison kimi adların arasından transferi ən yaxın və real görünəni Jack Grealish`dir. Buna səbəb isə Borussia Dortmund`un Sancho üçün minimum 100 milyon avro istəməsidir. Ancaq Grealish transferi 80 milyona başa gələ bilər.