Koeman: Hər kəs bilir ki, mənim arzum Barcelona`nın baş məşqçisi olmaqdır
Hollandiya yığmasının baş məşqçisi Ronald Koeman gələcək planları ilə əlaqədar açıqlama verib. ONBİR Sports.ru`ya istinad edərək onun sözlərini sizə təqdim edir:
“Mən artıq bunu bir neçə dəfə demişəm, Barcelona rəhbərliyi ilə məlum məsələ ilə bağlı ilkin təmasda olmuşam. Amma mən Hollandiya Futbol Federasiyasına söz vermişəm və sözümün arxasındayam. Mən düşünürdüm ki, bu yay Avropa Çempionatı olacaq və ondan sonra bu məsələ həll olacaq.
Hal-hazırda yığmanın vəziyyəti məni məmnun edir. Ən əsas şey budur. Gələcəkdə nəyin olacağını heç kim deyə bilməz. Bununla yanaşı, mənim müqaviləmdə olan bir maddəyə əsasən növbəti Avropa Çempionatından sonra yığma komandanı tərk edə bilərəm. Hal-hazırda bunu düşünmək lazım deyil. Yenə də hər kəs bilir ki, mənim arzum Barcelona`da çalışmaqdır. “
Qeyd etmək lazımdır ki, 57 yaşlı holland mütəxəssis futbolçu kimi Barcelona`da 1989-1995`ci illər arası forma geyib.