Frenkie de Jong – pandemiya, Barcelona və Messi haqqında
Hazırda dünyanın ən yaxşı gənc yarımmüdafiəçilərindən biri olan Frenkie de Jong son zamanlarda diqqət mərkəzinə irqçiliyə qarşı sosial media paylaşımı ilə gəldi.
Bundan sonra isə Guillem Balague ondan BBC Radio 5 kanalında eksklüziv müsahibə alıb. Müsahibədə Guillem ondan son günlər bərpa edilən məşqlər və karantin rejiminin necə keçdiyini soruşub.
“Mən karantin rejimi tətbiq olunanda həyatın bir daha əvvəl olduğu kimi olmayacağını təqribən başa düşmüşdüm. Biz sevgilimlə birlikdə Hollandiyada idik və burada biz çölə çıxmaq imkanına sahib idik. Belə olanda isə insan özünü bir qədər rahat hiss edir. Ancaq həmin ərəfədə İspaniyada vəziyyət həddindən artıq ağır idi.”
“İndi məşq prossesimiz bərpa olunsa da hələ də alışmaqda çətinliklər çəkirəm. Kiçik qruplar halında məşq edirik və bəzi dostlarıma hələ heç salam belə verə bilməmişəm. Düşünürəm bu məşqlər intensivləşdikcə komanda olaraq daha da vəziyyətimiz yaxşılaşacaq.”
Frenkie həm də kapitanı olan Lionel Messi haqqında da danışıb.
“O bir dahidir, şübhəsiz onun verdiyi bütün məsləhətlər həyati xarakter daşıyır. Əgər o sizə tövsiyə verirsə, siz sadəcə onu dinləməlisiniz. Bəzən oyun zamanı mənə daha dərin oynamağımı ya da daha çok cinaha meyil etməyimi istəyir. Kiçik bir dəyişiklik kimi görünür amma oyunda böyük bir fərq yaradır.