Gomes uşaqlar üçün komiks dərc edib
Atalanta`nın kapitanı Alejandro Gomez uşaqlar üçün futbol haqda komiks dərc edib. Futbolçu şəkillərdə öz karyerasını təsvir edib. Amazon.it saytında satışa çıxarılan komiksin təsviri aşağıda qeyd olunan kimidir:
“Bir zamanlar uzaq bir ölkədə, Argentinada, balaca bir uşaq var idi və onun bir arzusu var idi: futbolçu olmaq. Bu, mənim hekayəmdir, gəl və mənimlə oyna.”
Komiksin rəqəmsal versiyası Amazon`da 7.99 avroyadır. İyun ayının 16-dan maqazinlərdə üstündə Gomez`in avtoqrafı ilə satışa çıxarılacaq kitabçanın qiyməti isə 14.15 avro olacaq.