Pochettino Atletiko Madrid`in başına keçə bilər
ONBİR The Telegraph`a istinadən xəbər verir ki, Tottenham`in keçmiş baş məşqçisi Mauricio Pochettino Diego Simeone`ni Atletiko Madrid`in baş məşqçisi vəzifəsində əvəzləyə bilər.
Bildirilir ki, Atletiko Madrid`in idman direktoru Andrea Berta, Pochettino`nun böyük pərəstişkarıdır və klub artıq yayda braziliyalı mütəxəssisə baş məşqçi postunu təklif edə bilər. Lakin madridlilər Pochettino`nu razı salmaq üzərində ciddi şəkildə çalışmalıdırlar, çünki məşqçinin prioriteti İngiltərədə qalmaq və karyerasını burada davam etdirməkdir.
Keçən ay müsahibələrin birində Pochettino qeyd etmişdi ki, La Liga və ya Premier League`dan bir kluba başcılıq edəcək. Güman olunur ki, o, Premier League`nın daha intensiv olduğunu nəzərə alsaq, İngiltərədə qalmağı daha üstün tutardı.
Eyni zamanda, Pochettino ilə maraqlanan klubların arasında Borussia Dortmund yer alır.