Abidal Messi haqda: Dünyanın ən yaxşı futbolçusunu itirə bilmərik
Barcelona`nın idman direktoru Eric Abidal klubun Lionel Messi ilə yeni müqavilə üzərində çalışması barəsində danışıb. ONBİR Diario Sport`a istinadən bu müsahibəni təqdim edir:
“Leo qalacağını deyə bilər, amma bəzi şeylər var ki, onları müqavilə cərçivəsində müzakirə etmək lazımdır. Danışıqlar Josep Bartomeu (prezident) və Oscar Grau`nun (idman direktoru) iştirakilə başladı. Məqsəd ondan ibarətdir ki, müqaviləni hər il uzatmaq əvəzinə uzun müddətli müqavilə bağlansın. Mən bu məsələyə nikbin yanaşıram. Klubumuzda dünyanın ən güclü futbolçusu oynarır və biz onu itirə bilmərik.
Fikrimcə, Messi burada xoşbəxtdir, o, öz işindən həzz alır. Leo üst səviyyə performans göstərir və rekordlar vurur. Klub isə onu daha xoşbəxt etmək istəyir və buna görə də, biz ona ən yaxşı partnyorlar tapmalı, heyəti hər il gücləndirməli və yeni nailiyyətlərə yiyələnməyə kömək etməliyik. Biz çox çalışacayıq və düşünürəm ki, Leo`yla razılığa gələcəyik.”