Добавить новость
World News





160*600

Новости сегодня на DirectAdvert

Новости сегодня от Adwile

Актуальные новости сегодня от ValueImpression.com


Опубликовать свою новость бесплатно - сейчас


'Rusiya ehtiyat edir ki, Ermənistanı çox sıxsa…'

Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü baş tutub.


Sonuncu dəfə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində görüşmüşdülər.


Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Bratislavada keçirilən görüş 3 saat yarımdan çox davam edib. Məlumata görə, tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətlərini müzakirə ediblər. Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər.




 


Politoloq Hikmət Hacızadə deyib ki, ictimaiyyətə danışıqların təfərrüatları barədə xəbər verilmədiyinə görə Qarabağ münaqişəsinin həlli barədə proqnoz vermək çətindir: «Düşünürəm ki, bu sülh planının nədən ibarət olduğunu heç Azərbaycanın özü belə bilmir».


H.Hacızadə qeyd edib ki, sülh prosesi Rusiyanın rəhbərliyi altında getsə, bu ölkə Azərbaycana öz hərbi qüvvələrini yerləşdirməyi planlaşdıra bilər:




 


«Bu, Azərbaycanın və Ermənistanın taleyini dəyişə bilər»

«Rusiyanın sülh planı Azərbaycan ərazisinə, Qarabağa öz sülhməramlı qüvvələrini yerləşdirməsindən ibarətdir. Bu, əhəmiyyətli dərəcədə Azərbaycanın və Ermənistanın taleyini dəyişə bilər. Azərbaycan bununla razıdırsa, gözləmək mənası yoxdur və çoxdan sülh yönündə real hərəkətlərə başlamaq olardı. Razı deyilsə, onda torpaqlarımızı qaytarmaq üçün Rusiya Ermənistana təzyiq etməyəcək».


Politoloq vurğulayıb ki, Azərbaycan həmin məsələyə razılıq versə, Rusiyadan daha çox asılı qalacaq: «Azərbaycan Laçından başqa Qarabağ ətrafında yerləşən digər işğal olunmuş rayonları qaytaracaq, müstəqilliyi və Qarabağı isə həmişəlik itirəcək. Necə ki, Gürcüstan Abxaziyanı itirdi».




 


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə isə «Turan» agentliyinə bildirib ki, Ermənistan Azərbaycanın öz ərazi məsələsində heç vaxt güzəştə getməcəyini bilməlidir: «Azərbaycanın bu qətiyyətini, beynəlxalq hüquqa söykənən hüquqlarımızı Ermənistanda hakimiyyətdə kim olmasından asılı olmayaraq nəzərə almalıdırlar. Azərbaycan problemin ərazi bütövlüyü çərçivəsində həll edilməsi hüququnu daima qoruyacaq. Problemin hansı yolla həll edilməsinin əhəmiyyəti yoxdur. Azərbaycan Ermənistana şans vermişdi ki, danışıqlar variantından istifadə etsin».




 


«Ermənistanda hakimiyyətdə bir-birini əvəzləyən qrupların dar düşüncəsi…»

Deputat vurğulayıb ki, Qarabağın ətrafında son vaxtlar hiss olunan diplomatik canlanma Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ilə bağlıdır: «Əgər əvvəllər sadəcə olaraq buna iki ölkə arasında olan bir problem kimi baxılırdısa, ildən ilə Azərbaycanın artan nüfuzu və təşəbbüskarı, moderatoru olduğu iqtisadi layihələrin həyata keçirilməsi dünyanı bu problemi həll etmək qənaətinə gətirir. Ermənistan isə xaricdə müəyyən dairələrə arxayın olaraq ərazi bütövlüyünü tanımır. Bu da əlbəttə ki, problemi həll etmir. Ancaq bununla belə, bu gün Rusiya və digər böyük dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar da vaxtaşırı problemi dilə gətirir, problemi həll etmək üçün vasitəçilik etməyə çalışır. Ancaq ortada olan Ermənistanın ölkə bütövlüyünü tanımaması durur. Düzdür, bu, Ermənistanın özünün maraqlarına çox böyük zərbə vurur. Ermənistan bundan daha çox ziyan görüb, iqtisadi inkişafı dayanıb. Ancaq bununla belə, Ermənistanda hakimiyyətdə bir-birini əvəzləyən qrupların dar düşüncəsi problemin həllinə mane olur».




 


«Rusiya bütün təşəbbüsləri ələ götürmək istəyir»

Konfliktoloq Əvəz Həsənovun fikrincə isə, son zaman Qarabağ münaqişəsinin həlli yolunda Rusiyanın fəallaşmasına baxmayaraq, münaqişənin tez həllinə ümid azdır: «ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya 2018-ci ildən sonra çox fəal olub. İndi də faktiki olaraq Rusiya bütün təşəbbüsləri ələ götürmək istəyir. Bəlli olur ki, Avropa və Amerika da keçmiş SSSR ölkələrində həlli mümkün olmayan məsələləri Rusiya ilə birlikdə həll etmək, ya da onun üzərinə atmaq istəyir».


Ə.Həsənovun fikrincə, Suriyada baş verən proseslərdən sonra məlum olub ki, Rusiya nəsə edə bilər:




 


«Bu, tərəfləri bir növ başlı-başına buraxmaqdan qaçmaqdır»

«Ona görə, Qarabağ məsələsində Rusiya nəyisə etmək istəyəcək, ancaq bu o demək deyil ki, bu təşəbbüs münaqişəni dərhal həll edə biləcək, yaxud da tərəfləri razı sala biləcək».


Ekspert hesab edir ki, tərəfləri razı salmaq üçün Rusiya onları masa arxasına otuzdurur və onlara barmaq silkələyir: «Barmağını da ikimizə də eyni cür silkələyir. Burada nəticəni kim necə çıxardacaq, o olacaq. Ermənistanla Azərbaycanın rəhbərliyi bu münaqişəni həll etmək üçün razılığa gəlmədən Rusiya burada heç nə etməyəcək. İndi bəlli olur ki, N.Paşinyan (Ermənistanın Baş naziri) tamam fərqli mövqedədir, bizimkilər isə tamam fərqli. Bizim bir-birimizlə dil tapa biləcəyimiz nöqtələr yoxdur. Hətta o danışıqlar masasının arxasına oturmaq belə tərəflər üçün bir qələbə sayılır. Ona görə də, proses çox da ümidverici deyil. Ancaq ATƏT-in Minsk qrupunun həmsədrləri Bratislavada görüşüb bəyanatla çıxış etmək niyyəti yaxşı təşəbbüsdür. Bu, tərəfləri bir növ başlı-başına buraxmaqdan qaçmaqdır. ATƏT-in belə intensiv müdaxiləsi çox vacibdir».


Ə.Həsənov əlavə edib ki, nazirlərin görüşündə ciddi nəticələrin olacağını gözləmək çətin idi: «Çünki birdən-birə deməklə Ermənistanı razı salmaq mümkün deyil. İndi Rusiya Ermənistana qazın qiymətini artırması ilə təsir göstərir. Bu, müəyyən qədər nəticəni verə bilər. Ancaq Ermənistanın Avropa strategiyası da var və Rusiya bundan ehtiyat edir ki, Ermənistanı çox sıxsa, o, Avropa strategiyasını işə sala bilər. Belə bir çətin vəziyyət alınıb».


Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə edilənə qədər Azərbaycanın Dağliq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.


Загрузка...

Читайте на сайте

Другие проекты от 123ru.net








































Другие популярные новости дня сегодня


123ru.net — быстрее, чем Я..., самые свежие и актуальные новости Вашего города — каждый день, каждый час с ежеминутным обновлением! Мгновенная публикация на языке оригинала, без модерации и без купюр в разделе Пользователи сайта 123ru.net.

Как добавить свои новости в наши трансляции? Очень просто. Достаточно отправить заявку на наш электронный адрес mail@29ru.net с указанием адреса Вашей ленты новостей в формате RSS или подать заявку на включение Вашего сайта в наш каталог через форму. После модерации заявки в течении 24 часов Ваша лента новостей начнёт транслироваться в разделе Вашего города. Все новости в нашей ленте новостей отсортированы поминутно по времени публикации, которое указано напротив каждой новости справа также как и прямая ссылка на источник информации. Если у Вас есть интересные фото Вашего города или других населённых пунктов Вашего региона мы также готовы опубликовать их в разделе Вашего города в нашем каталоге региональных сайтов, который на сегодняшний день является самым большим региональным ресурсом, охватывающим все города не только России и Украины, но ещё и Белоруссии и Абхазии. Прислать фото можно здесь. Оперативно разместить свою новость в Вашем городе можно самостоятельно через форму.



Новости 24/7 Все города России




Загрузка...


Топ 10 новостей последнего часа






Персональные новости

123ru.net — ежедневник главных новостей Вашего города и Вашего региона. 123ru.net - новости в деталях, свежий, незамыленный образ событий дня, аналитика минувших событий, прогнозы на будущее и непредвзятый взгляд на настоящее, как всегда, оперативно, честно, без купюр и цензуры каждый час, семь дней в неделю, 24 часа в сутки. Ещё больше местных городских новостей Вашего города — на порталах News-Life.pro и News24.pro. Полная лента региональных новостей на этот час — здесь. Самые свежие и популярные публикации событий в России и в мире сегодня - в ТОП-100 и на сайте Russia24.pro. С 2017 года проект 123ru.net стал мультиязычным и расширил свою аудиторию в мировом пространстве. Теперь нас читает не только русскоязычная аудитория и жители бывшего СССР, но и весь современный мир. 123ru.net - мир новостей без границ и цензуры в режиме реального времени. Каждую минуту - 123 самые горячие новости из городов и регионов. С нами Вы никогда не пропустите главное. А самым главным во все века остаётся "время" - наше и Ваше (у каждого - оно своё). Время - бесценно! Берегите и цените время. Здесь и сейчас — знакомства на 123ru.net. . Разместить свою новость локально в любом городе (и даже, на любом языке мира) можно ежесекундно (совершенно бесплатно) с мгновенной публикацией (без цензуры и модерации) самостоятельно - здесь.



Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net