Alli: Arxayınçılığın qurbanı olduq
Londonluların Manchester United`la oyuna Old Trafford`a favorit qismində gəlmələrinə baxmayaraq, Soskjaer`in kollektivi onları əliboş yola salıb. Görüşdə Rashford`un iki qoluna Tottenham yalnız Alli`nin vurduğu bir qolla cavab verə bilib.
Bu, Mourinho`nun gəlişindən sonra yaxşı formada olan Tottenham`ın aldığı ilk məğlubiyyət olub.
ONBİR Goal`a istinadən Dele Alli`nin müsahibəsini sizlərlə bölüşür:
“Düşünürəm ki, meydana arxayın çıxmağımız bizi bu oyunda qalib gəlməyimizə mane oldu. Komandanın meydana yüksək özgüvənlə çıxması yaxşı bir şeydir, lakin onu düzgün istifadə etməyi bacarmaq lazımdır.
Komanda yoldaşları olaraq bir-birimizi çox yaxşı tanıyırıq, uzun müddətdir ki, bir yerdə çıxış edirik. Bu cür qarşılaşmalardan alınan mğlubiyyət bizi özümüzə gətirməlidir, daha çox çalışmalıyıq.”