Hansı klub Wenger`ə yox dedi?
Arsene Wenger Premyer Liqa tarixinin bir komandada ən
uzun məşqçilik edən yeganə şəxsdir. O, Arsenal`dan ayrıldıqdan sonra
yüksək səviyyəli klub idarə etmə arzusunda olsa da hələ ki buna nail ola
bilmir.
Niko Kovac`ın uğursuzluqlarından sonra
Bayern onu əvəz edəcək yeni məşqçi axtarışındadır. Wenger, bu posta yiyələnməyi
düşünürdü. Onun adı bir neçə daha böyük klubla hallansa da sonda o bu vəzifələrə
gətirilməyib. Hələ ki, Arsenal`dan bəri işsiz qalan 70 yaşlı mütəxəssis,
alman nəşri olan Bild`in verdiyi xəbərə görə, Bayern`in direktoru
olan Karl-Heinz Rumenigge`yə zəng edərək bu klubun yeni məşqçisi olmaqla bağlı
fikri olduğunu bildirib.
Ancaq, Münxen təmsilçiləri onun bu istəyini
geri çevirərək onunla maraqlanmadıqlarını bildiriblər. Qeyd edək ki, Hansi
Flick hal-hazırda Bayern`in keçici məşqçisidir və o, komandasının
Çempionlar Liqasında Olympiacos qarşısında 2-0 qələbə qazanmağına nail olub.