Müharibə veteranının oglu: '74 il keçsə də həqiqət yerini tutmalıdır'
Astara rayonun Ərçivan qəsəbə sakini Fəxrəddin Məmmədovla razılaşdığımız kimi evlərində görüşdük. O deyir ki, 14 ildir atası vəfat edib, amma onunla bağlı bəzi məsələlərin həll edilməsini istəyir.