Konsulluğa girmək istəyən intiharçılar öldürülüb
Hücum zamanı iki polis əməkdaşı da həlak olub.
Hücuma görə məsuliyyəti Baluçistan Azadlıq Ordusu üsyançı qrupu götürüb.
Pakistanın televiziya kanalları konsulluq binası yaxınlığında partlayış eşidildiyini xəbərləyib.
Ölkənin Xarici İşlər Nazirliyi konsulluqdakı 21 çinli əməkdaşın salamat olduğunu bildirib.
Pakistanın baş naziri Imran Khan hücumun araşdırılmasına göstəriş verib, bunu Çinlə Pakistanın strateji əməkdaşlığına “sui-qəsd” adlandırıb.