Serbiya Kosovonun planlarını ‘sülhə təhdid’ sayır
Üç qanun layihəsi yüngül silahlanmış Kosovo Təhlükəsizlik Qüvvəsinin mandatını gücləndirməyi nəzərdə tutur. Layihələr ikinci oxunuşda təsdiqlənəndən sonra imzalanmaq üçün Prezident Hashim Thaci-yə göndəriləcək.
“Bu üç qanunun bir məqsədi var – Kosovonun ərazi bütövlüyünü, bütün icmalardan olan vətəndaşlarını qorumaq”, – Baş nazir Ramush Haradinaj deyib.
Deputatların çoxu təklif olunan dəyişiklikləri milli ordunun yaranması yönündə bir addım adlandırsa da, etni serb azlığı və qonşu Serbiya buna qarşı çıxır. Serbiya 2008-ci ildə müstəqillik elan etmiş Kosovonu tanımır.
Serb deputat Igor Simic deyib ki, bu qanun layihələri BMT-nin Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsini və Kosovo konstitusiyasını pozur.