Rusiya qabaqlayıcı nüvə zərbəsi ‘endirməyəcək’
O, oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasi forumda bildirib ki, Moskva “qabaqlayıcı nüvə zərbələri”ni istisna edir.
“Bizim strategiyamız qabaqlıyıcı zərbəni nəzərdə tutmur. Konsepsiyamız yalnız hücuma məruz qalan zaman zərbə endirməkdir”, – Putin deyib.
“Rusiya ərazisinə hücumun gözlənildiyi, bunun bir neçə saniyəyə baş verəcəyindən əmin olunca cavab zərbəsi endirəcəyik”, – prezident vurğulayıb.
Rusiya artıq “Xəncər” hisepsonik raketini sınaqdan keçirib. Putin deyib ki, “Avanqard” adlı yeni silah bir neçə aya işə salınacaq.
Putin Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsinə dair həmin ölkədə aparılan araşdırmanı “daxili siyasi mübarizə” adlandırıb. O, Vaşinqtonun Rusiyaya tətbiq etdiyi sanksiyaları da sərt tənqid edib.