Afina yaxınlığında meşə yanğınında 20-dən çox ölən olub
Müsbət 30 dərəcə isti və güclü külək şəraitində alov dalğaları Yunanıstan paytaxtının qərb və şərq hissələrinə yayılıb.
Yanğınlarda 100-dən çox adamın xəsarət aldığı, çoxunun ağır durumda olduğu bildirilir.
Baş nazir Alexis Tsipras Bosniya-Herseqovinaya səfərini yarımçıq kəsərək Yunanıstana qayıdıb. O, Avropa İttifaqı və ordudan yardım istəyib.
Yanğının Mati kəndində və Rafina liman şəhərində dağıntılar törətdiyi, yüzlərlə adamın evini tərk etməyə məcbur qaldığı bildirilir.