Kemerovada yanğını söndürəni psixiatrik ekspertizaya göndəriblər
Onun sözlərinə görə, ekspertizadan keçməyi psixoloq məsləhət görüb, belə ki, Genin-də “müəyyən psixoloji dəyişikliklər” müşahidə olunub. Vəkili onun məhkəmə sistemində gördüyü ədalətsizlikdən sarsıldığını, ancaq psixoloji xəstəliklərdən əziyyət çəkmədiyini deyib.
Sergei Genin aprelin 13-də səhlənkarlığa görə saxlanıb. İstintaqın versiyasına görə, o, ticarət mərkəzinin dördüncü mərtəbəsində uşaqla daxil onlarla adamın olması barədə informasiyanı gözardı edib. İstintaq Komitəsi məhz bu səbəbdən azı 37 nəfərin öldüyünü bildirir.
Genin isə özünü təqsirli bilmir. Fövqəladə Hallar Nazirliyi onun nizamnaməyə uyğun davrandığını bildirir.