Süni intellekt: sivilizasiyanın gələcəyi, yoxsa qatili?
«Süni intellekt» dedikdə, göz qabağında dərhal tanış obrazlar canlanır: «həyatını» məqsəd naminə tərəddüdsüz qurban verməyə hazır olan Terminator; Ayzek Azimovun «Mən, robot» hekayələr silsiləsi və eyniadlı Hollivud filmi; nəhayət, məşhur Britaniyalı «Maşın». Biz tez-tez «robot» və «intellekt» məfhumlarını səhv salaraq süni intellekti fiziki libasa bürüyürük. […]