İki avtomobil toqquşub, xəsarət alanlar var
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 17-ci km-də, magistralın Qusarçay kəndi ərazisində keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlüMehdiyev Ceyhun Mehdi oğlunun idarə etdiyi 27 BK 580 dövlət nömrə nişanlı "Ford" markalı avtomaşınla Xaçmaz rayonu, Xəzərli kənd sakini 1967-ci il təvəllüdlü Museyibov Rəşad Şahin oğlunun idarə etdiyi 27 BD 003 dövlət qeydiyyatlı "VAZ 2106" markalı avtomaşın toqquşub.