Azərbaycanlı violonçel ifaçısı İngiltərədə konsert verəcək
Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev dekabrın 4-də Londonda “St Martin-in-the-Fields” kilsəsində konsert proqramı ilə çıxış edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və kilsənin saytlarında yer alıb. Konsertdə İ.Brams və A.Dvorjakın əsərləri səsləndiriləcək