Birləşmiş Ərəb Əmirliklərində hava şarının yerə düşməsi nəticəsində 7 nəfər xəsarət alıb
Birləşmiş Ərəb Əmirliklərində hava şarının yerə düşməsi nəticəsində 6-sı turist olmaqla 7 nəfər xəsarət alıb. AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, yaralı turistlər Asiya və Avropa ölkələrinin vətəndaşlarıdır