Sloveniyanın Baş naziri: Avropa İttifaqı bir həftə ərzində miqrasiya böhranının həllini tapmalıdır
Avropa İttifaqı üzv ölkələr arasında münaqişənin yaranmasına imkan verməmək üçün bir həftə ərzində miqrasiya böhranının həllini tapmalıdır. Bu sözləri Sloveniyanın Baş naziri Miro Tserar macarıstanlı həmkarı Viktor Orbanla keçirdiyi mətbuat konfransında deyib