Qurban Qurbanov: Qışda transfer etmək asan deyil
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı barədə danışıb. ONBİR təcrübəli mütəxəssisin Report`a açıqlamasını təqdim edir: “Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil. Hərçənd, tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ki, yanvarın 21-dək hər bir futbolçu daha yaxşı vəziyyətə gələcək. Bir neçə transfer etmək istəyimiz […]
The post Qurban Qurbanov: Qışda transfer etmək asan deyil appeared first on ONBİR.
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı barədə danışıb.
ONBİR təcrübəli mütəxəssisin Report`a açıqlamasını təqdim edir:
“Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil. Hərçənd, tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ki, yanvarın 21-dək hər bir futbolçu daha yaxşı vəziyyətə gələcək.
Bir neçə transfer etmək istəyimiz də, bu günədək gerçəkləşməyib. Lakin hələ transfer müddəti davam edir. Həmişə demişik ki, qış dönəmində transfer etmək asan deyil. Amma son bir il ərzində bu, pandemiyaya görə daha da çətinləşib.
Bəzi çempionatlar dayandığına görə dünya futbolunda problemlər var. İstənilən halda daim hər hansı transferi gerçəkləşdirmək niyyətindəyik. Düzdür, aınacağı real görünmür, amma passiv durmamışıq, daim futbolçularla maraqlanırıq və danışıqlar gedir”.
The post Qurban Qurbanov: Qışda transfer etmək asan deyil appeared first on ONBİR.