Türkiyə nəhənglərini qabaqlayan Anadolu klubu – Yazı
Bu mövsüm Türkiyə Superliqasında nə “4 böyüklər”, nə də son çempion Medipol Başakşehir liderdir. Çempionatın hal-hazırki lideri Aytemiz Alanyaspor`dur. “Narıncı-Yaşıl”lar 6 turdan sonra topladığı 16 xalla ən üst sırada qərarlaşıb. ONBİR`lə bu klubun tarixinə nəzər salaq. Aytemiz Alanyaspor 1948-ci ildə həkim Ali Nazım Köseoğlu və bir qrup gənc tərəfindən yaradılıb. Klubun əvvəlki adı əvvəlcə Alanya […]
The post Türkiyə nəhənglərini qabaqlayan Anadolu klubu – Yazı appeared first on ONBİR.
Bu mövsüm Türkiyə Superliqasında nə “4 böyüklər”, nə də son çempion Medipol Başakşehir liderdir.
Çempionatın hal-hazırki lideri Aytemiz Alanyaspor`dur. “Narıncı-Yaşıl”lar 6 turdan sonra topladığı 16 xalla ən üst sırada qərarlaşıb.
ONBİR`lə bu klubun tarixinə nəzər salaq.
Aytemiz Alanyaspor 1948-ci ildə həkim Ali Nazım Köseoğlu və bir qrup gənc tərəfindən yaradılıb. Klubun əvvəlki adı əvvəlcə Alanya Kalespor, daha sonra isə Kale Gençlikspor olub.
1987/88 mövsümündə 3-cü liqada çempion olaraq tarixində ilk dəfə 2-ci liqaya yüksəlib. 1993/94 mövsümündə Türkiyə kubokunda 6-cı tura qədər çıxmağı bacarıb.
2015/16 mövsümündə ad sponsporunu dəyişdirərək Multigroup Alanyaspor adını alan klub liqanı 3-cü sırada tamamladı və Superliqaya yüksəlmək üçün play-off oynamaya haqq qazandı. Play-offda Adana Demirspor`u 3:1 məğlub edərək tarixində ilk dəfə Superliqaya yüksəldi.
2016/17 mövsümündə adını sponsporluq razılaşması əsasında dəyişdirərək Aytemiz Alanyaspor qoydu.
2018/19 mövsümünün 30-cu həftəsindəki Kayserispor səfərindən qayıdan oyunçulardan Caulker, Dlajma, Baiano, Cisse, Welinton, Sackey və Šural birlikdə geridönmək üçün avtobus icarəyə götürdü. Kayseridən yola çıxan avtobus Antalya-Alanya yolunda qəzaya uğradı və qəzada yaralanan 7 oyunçudan biri olan Josef Sural vəfat etdi.
2019/20 mövsümündə Türkiyə kubokunda finala yüksələrək tarixinin ən böyük uğuruna nail olan Aytemiz Alanyaspor həlledici matçda Trabzonspor`a 2 cavabsız qolla məğlub olaraq kuboku qazana bilmədi.
2020/21 mövsümə fırtına kimi başlayan klub cari mövsümün həm ən çox qol vuran, həm də ən az qol buraxan komandasıdır. Görəsən “Narıncı-Yaşıl”lar bu performanslarına nə vaxta kimi davam etdirə biləcəklər?
The post Türkiyə nəhənglərini qabaqlayan Anadolu klubu – Yazı appeared first on ONBİR.