Bu gecədən Əfqanıstanda zorakılıq ‘azaldılacaq’
Bu gecə yarıdan keçincə Taliban, ABŞ və Əfqanıstan təhlükəsizlik qüvvələri arasında “zorakılığın azaldılması” həftəsi başlamalıdır. Bunu aparıcı rəsmi fevralın 21-də bildirib. Bu açıqlama Vaşinqtonla silahlılar arasında mümkün sövdələşmə imzalanmazdan öncə verilib.
Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Javed Faisal bildirib ki, plana əsasən, bir həftə ərzində zorakılıq azaldılmalıdır.
ABŞ rəsmiləri, Talibanın sözçüsündən açıqlama almaq hələlik mümkün olmayıb.
Taliban liderinin müavini, dünyada ən çox axtarılan silahlılardan biri Sirajuddin Haqqani fevralın 20-də “New York Times”da məqaləsində yazıb ki, əfqan üsyançılar Vaşinqtonla razılaşmaya “tam sadiqdirlər”.
Haqqani həm də ABŞ-ın terrorçu hesab etdiyi Haqqani şəbəkəsinin lideridir. Bu qruplaşma Əfqanıstanda əfqan və ABŞ-ın liderlik etdiyi NATO qüvvələri ilə mübariz aparan ən təhlükəli fraksiyalardan sayılır.
Talibanın sözçüsü Suhail Shaheen bu həftə bildirib ki, razılaşma əldə olunub və fevralın sonu gəlməmiş “imzalanacaq”.
“The New York Times” ötən həftə yazırdı ki, Prezident Donald Trump sülh sazişinə “şərti” razılığını verib.