Kubo: Mən “fitə basılmağa” layiq idim
Takefusa Kubo Mallorca ilə Barcelona`ya qarşı oynadıqları oyunda, Camp Nou tribunalarının onu fitə basmağını anladığını və buna layiq olduğunu qeyd edib.
Kubo Barcelona akademiyasının ən istedadlı oyunçularından hesab edilirdi. Buna baxmayaraq, Barcelona`ya gəldikdən sonra aydın oldu ki, klub beynəlxalq transfer nizamnaməsinə uyğun hərəkət etməyib və o klubu FC Tokyo`ya qayıtmalı oldu.
Yay transfer pəncərəsində isə, “yaponiyalı Messi” Barcelona`ya qayıtmaq əvəzinə, əzəli rəqibi Real Madrid`lə beş illik müqavilə imzaladı. Hal-hazırda Mallorca`da icarə əsasında çıxış edən oyunçunun bütün transfer hüquqları madridlilərə məxsusdur.
ONBİR Goal`a istinadən Kubo`nun açıqlamasını sizlərə təqdim edir:
“Bu, azarkeşlərin qərarı idi. Mən öz seçimimi etmişəm, onların məni fitə basmağa haqqı var. Məncə mən buna layiq idim, lakin məni alqışlayıb dəstək verənlər də var, bu mənə güc verir.
Bu məni incidirmi? Qətiyyən, mən anlayıram ki, onlar mənə rəqib gözü ilə baxır, yaxşı futbol oynayan 18 yaşlı oğlan gözü ilə yox.”