Tevez`dən Messi-Ronaldo müqayisəsi
Hal-hazırda Boca Juniors forması geyən argentinalı hücumçu Carlos Tevez, milli komandada birlikdə oynadığı Leo Messi və Manchester United`də birlikdə çıxış etdiyi Cristiano Ronaldo`nu müqayisə edib.
ESPN`ə verdiyi müsahibədə Tevez, Messi`nin bir şey öyrənmək heç bir məşqə ehtiyac duymayan bir istedada malik olduğunu, Ronaldo isə Messi`yə görə uğurlu olmaq üçün bu qədər çox çalışdığını söyləyib.
Tevez bu ifadələri işlətdi: “Messi məşqdən 1 saat əvvəl məşq salonuna getməyə ehtiyac duymur, amma Ronaldo bunu edərdi. Ronaldo çalışaraq bütün rəqiblərini necə məğlub edə biləcəyini öyrəndi, Messi isə yalnız cərimə zərbələrini necə daha yaxşı yerinə yetirə biləcəyini öyrəndi. Leo ardıcılı 3 nəfəri necə keçə biləcəyini düşünmürdü, bu onda təbii istedaddır. Cristiano özündən daha çox Messi`yə rəqib olduğunu bu qədər çox çalışdı.”
Möhtəşəm Avropa karyerasından sonra Boca Juniors`a geri dönən Carlos Tevez, bu mövsüm keçirdiyi 10 matçda 3 dəfə fərqlənməyi bacarıb.