Falcao bu gün meydanda ola bilər | Galatasaray – Alanyaspor
Türkiyə Super Liqasının 14-cü həftəsində Alanyaspor ilə qarşılaşacaq olan Galatasaray, bu matçda qələbə qazanaraq Türkiyə kubokunda Tuzlaspor`a 0-2 hesabı ilə məğlub olduğu oyunu azarkeşlərinə unutdurmaq istəyir.
Matçdan öncə isə Galatasaray cəbhəsində sürpriz hadisələr baş verib. Belə ki, uzun müddətdir ki, zədə səbəbilə oynaya bilməyən Radamel Falcao`nun bu günkü matçda ilk 18-likdə olması gözlənilir. Artıq 1 aydır ki, İspaniyada şəxsi həkimi ilə müalicə alan Falcao Galatasaray forması ilə 5 rəsmi matçda 360 dəqiqə meydanda olmuşdu və ilk matçında da fərqlənməyi bacarmışdı.
Bu gün keçiriləcək qarşılaşmanın isə ehtimal olunan start heyətləri bu şəkildədir:
Galatasaray: Muslera, Mariano, Donk,
Marcao, Nagatomo, Nzonzi, Lemina, Belhanda, Jimmy, Bayram, Adem.
Alanyaspor: Marafona, N’Sakala,
Caulker, Welinton, Baiano, Musa, Sipois, Djalma, Bakasetas, Efecan, Bambou