Bolqarıstanın kapitanı : Öz azarkeşlərimizə görə utanıram
İngiltərə EURO 2020 seçmə mərhələsi çərçivəsində Bolqarıstan səfərinə yollanmışdı. Burada artıq oyun öncəsi məşq zamanı belə İngiltərə millisinin qaradərili futbolçuları irqçiliyə məruz qaldılar. Bu oyun məhz bu səbəbdən ingilis medyasında xüsusi yer tutdu.
Rasist şüarlara görə oyunun prinsipiallığı yüksək həddə çatmışdı. Məhz bu prinsipiallıq ingilis futbolçuları daha da alovlandırdı. Nəticədə oyun ingilislərin 6-0 qələbəsi ilə başa çatdı. Hitler salamı,həmçinin meymun səsləri çıxardaraq UEFA şüarı olan Respect`in “No Respect” şəklində yazılmış köynəklərini qaldıran bolqarıstanlı fanatlar dünya medyasının mərkəzinə gəldi.
Marcus Rashford özü də Popov`a azarkeşlərə birinci hissə sonunda “bu elədiklərinizə bir son verin!” dediyi üçün təşəkkür edib.
Bolqarıstan millisinin kapitanı İvelin Popov açıqlamasında öz fanatlarına görə utanc duyduğunu bildirib.