McTominay : O olmasa idi mən burda yox idim
Son aylarda Manchester United`in ən yaxşılarından biri olan gənc şotlandiyalı Scott McTominay diqqətləri öz üzərinə hələ Mourinho zamanlarından çəkmişdi. Mourinho klubdan getdikdən sonra Scott`un xidmətlərindən Ole Gunnar Solskjaer də yararlanmağa davam etmişdi. Gənc oyunçu öz oyun stili, uzun ayaqları və güclü fiziki göstəriciləri ilə tam da müdafiəyə meyilli dayaq yarımmüdafiəçisi rol modeli olduğunu göstərirdi. O United`in PSG ilə keçirdiyi əfsanəvi matçdan sonra, davamlı forma şansı əldə edirdi. Bu il isə Scott, Sentyabr ayının ən yaxşı Manchester United oyunçusu seçilib. Həmçinin onun Arsenal qapısına vurduğu qol, Manchester United`in Sentyabr ayında vurulan ən yaxşı qolu seçilib.
McTominay`in bu il Arsenal`ın qapısına vurduğu mükəmməl qol həm də onu Manchester United heyyətinin ən stabil oyunçusuna çevirib. Medyada artıq diqqət cəlb edən gənc oyunçu ingilis jurnalistlərin Mourinho haqqında verdiyi suallara cavabında bunları deyib :
“Mən keçmiş baş məşqçilər haqqında danışmağı sevmirəm, ancaq o mənim üçün xüsusi insandır.”
“Bizim hələ də əlaqələrimiz var. O hələ də mənimlə oyunlardan sonra danışır. O olmasa idi mən bəlkə də burda yox idim, mənə bu yüksək yerlərə gəlməkdə böyük kömək olmaqla yanaşı ilk şansı da mənə o tanıdı. O mənim ailəm üçün də əziz insandır. O mənim üçün “xüsusidir” (Special one).”