Pashinian işğal olunmuş Xankəndində, ‘dirçəliş meydanında’ çıxış edəcək
Ermənistanın baş naziri Nikol Pashinian avqustun 5-də işğal altında olan Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndindəki “dirçəliş meydanında” çıxış edəcək. AzadlıqRadiosunun Erməni xidməti Azatutuyunun xəbərinə görə bu barədə məlumatı avqustun 2-də Sevan (Göycə) gölündə olan Pashinian Facebook-dan canlı yayımında verib: “Mən avqustun 5-də Stepanakertdə (Xankəndi-red) ümümerməni oyunlarının açılış mərasimində iştirak edəcəyəm”. Pashinian deyib ki, bu mərasimə “bütün erməniliyin” nümayəndələri toplaşacaq. Читать дальше...